Latviya Rusiya və Belarusdan taxıl tranzitinə qadağanı nəzərdən keçirir
16 noyabr 2026, 18:17 · Mənbə: Report.az

Latviya hökuməti Rusiya və Belarus taxılının ölkə ərazisindən tranzitinə qadağa qoyulması məsələsini nəzərdən keçirir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Latviya hökuməti Rusiya və Belarus taxılının ölkə ərazisindən tranzitinə qadağa qoyulması məsələsini nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə yerli media Latviya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, qərar layihəsi digər nazirliklərlə birlikdə hazırlanıb və milli sanksiyaların tətbiqini nəzərdə tutur.
"Xarici İşlər Nazirliyi sanksiyaların tətbiqinin hüquqi və iqtisadi risklər daşıdığını başa düşür. Bunlara artıq bağlanmış müqavilələrin icrası ilə bağlı mümkün məhkəmə çəkişmələri, nəqliyyat-logistika sektoruna və dövlət büdcəsinə daxilolmalara təsir, həmçinin normativ aktların Avropa İttifaqı qanunvericiliyinə uyğunluğunun təmin edilməsi zərurəti daxildir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər

İqtisadiyyat
Hesablama Palatası dövlət maliyyəsinin idarə edilməsində yeni yanaşmalar təklif edir
Report.az · 21 noyabr 2026, 17:47

İqtisadiyyat
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb
Report.az · 21 noyabr 2026, 17:17

İqtisadiyyat
Tahir Mirkişili: "Rəqəmsal dövlətin ən böyük qazancı vətəndaşa qaytardığı vaxtdır"
Report.az · 21 noyabr 2026, 15:17

İqtisadiyyat
Yohan Vadeful: "Azərbaycan Almaniya və Avropanın etibarlı və mühüm enerji təchizatçısıdır"
Report.az · 21 noyabr 2026, 14:17