Kobaxidze Mərkəzi Asiyanın dörd ölkəsinin XİN rəhbərlərini qəbul edib
23 oktyabr 2026, 00:22 · Mənbə: Report.az

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstanın xarici işlər nazirlərini rəsmi şam yeməyində qəbul edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstanın xarici işlər nazirlərini rəsmi şam yeməyində qəbul edib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Kobaxidze qonaqlara səfərlərinə görə təşəkkür edib, Mərkəzi Asiya ölkələri ilə münasibətlərin dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin Gürcüstan hökuməti üçün prioritet olduğunu vurğulayıb.
Gürcüstan və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin görüşü oktyabrın 23-də Batumidə keçiriləcək. Səfər çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin həmkarları ilə ikitərəfli danışıqlar aparacağı gözlənilir.
Oxşar xəbərlər
Dünya
İlhan Omar Tramp administrasiyasını erkən ev axtarışını seçiciləri qorxutmaqda ittiham edir
Anadolu Agency · 23 oktyabr 2026, 00:47


Dünya
Fransa 15 bölgədə Austen fırtınası öncəsi narıncı xəbərdarlıq verib
Anadolu Agency · 23 oktyabr 2026, 00:47