Tramp: Ukraynanın "Starshield" sisteminə çıxışı bərpa olunub
23 oktyabr 2026, 00:47 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp Ukraynanın "Starlink"in hərbi versiyası olan "Starshield" sisteminə çıxışının bərpa edildiyini bildirib.
Tramp: Ukraynanın "Starshield" sisteminə çıxışı bərpa olunub
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp Ukraynanın "Starlink"in hərbi versiyası olan "Starshield" sisteminə çıxışının bərpa edildiyini bildirib.
"Report" xəbər verir ki, o, bu barədə Ağ Evin cənub çəmənliyində jurnalistlərlə söhbətində danışıb.
Tramp məsələ ilə bağlı kiməsə zəng edib-etmədiyini dəqiqləşdirməkdən imtina edib.
Daha əvvəl "The Wall Street Journal" qəzeti ABŞ liderinin "SpaceX" şirkətinin rəhbəri İlon Maskla əlaqə saxlayaraq məhdudiyyətlərin aradan qaldırılmasını tapşırdığını yazıb.
"Zəngi mənim, yoxsa başqasının etməsinin əhəmiyyəti yoxdur. Nəticədə çıxış bərpa olunub", - Tramp bildirib.
Qəzet, həmçinin Maskın şəxsən "Starshield" sisteminin fəaliyyətinə məhdudiyyət qoyulmasını əmr etdiyini iddia edib. Mask isə məsuliyyət daşıdığını təkzib edərək sistemin sürəti və istifadəsi ilə bağlı qərarları ABŞ hökumətinin verdiyini bildirib.
Oxşar xəbərlər

Dünya
Çinin uzaq Tibet bölgəsində güclü zəlzələ 16 nəfərin ölümünə səbəb oldu
France 24 · 23 oktyabr 2026, 01:17

Dünya
Rosneft Ukraynanın neft emalı zavodlarına hücumlarından yaranan itkiləri davam etdirə bilməyəcəyini etiraf edib
Kyiv İndependent · 23 oktyabr 2026, 01:17

Dünya
Artem Şeynin televiziyada, müharibədə və Pozner haqqında danışıb
News.ru · 23 oktyabr 2026, 01:18

Dünya
Donald Tramp Ukraynadakı Starlink-in sürət məhdudiyyətlərini İlon Maskın qaldırdığını təsdiqləyib
Ukrainskaya Pravda · 23 oktyabr 2026, 01:18