İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb
31 oktyabr 2026, 13:17 · Mənbə: Report.az

İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib.
İnsident oktyabrın 30-u ölkənin şimalında baş verib.
İordaniya Silahlı Qüvvələri Baş Komandanlığındakı mənbənin məlumatına görə, silahlı qrup intensiv atəş altında sərhədi keçməyə cəhd edib və sərhədçilərlə toqquşmaya girib.
Atışma nəticəsində sərhəd pozucuları arasında ölənlər və yaralananlar var, qrupun qalan üzvləri qaçaraq Suriya ərazisində gizləniblər.
Oxşar xəbərlər

Dünya
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
Report.az · 19 noyabr 2026, 01:48

Dünya
NYT: Trampın Vensin İranla münaqişəyə dair mövqeyindən narazılığı getdikcə artır
Report.az · 19 noyabr 2026, 01:17

Dünya
Polşada Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən kənarlaşdırılıb
Report.az · 19 noyabr 2026, 01:17

Dünya
Rıjenkov: Belarus "Şimal–Cənub" dəhlizinə ticarətin inkişafı üçün prioritet marşrutlardan biri kimi baxır
Report.az · 19 noyabr 2026, 00:47