Honkonqdan uçan təyyarə Filippində təcili eniş edib
21 noyabr 2026, 14:17 · Mənbə: Report.az

"Air Niugini" aviaşirkətinin Honkonqdan Papua-Yeni Qvineyaya uçan təyyarəsi Davao (Filippin) beynəlxalq hava limanında təcili eniş edib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Air Niugini" aviaşirkətinin Honkonqdan Papua-Yeni Qvineyaya uçan təyyarəsi Davao (Filippin) beynəlxalq hava limanında təcili eniş edib.
"Report" xəbər verir ki, bu barədə yerli media Filippin Mülki Aviasiya İdarəsinin (CAAP) məlumatına istinadən xəbər verir.
CAAP-ın məlumatına görə, təyyarənin göyərtəsində 137 sərnişin və doqquz ekipaj üzvü olub.
Fövqəladə xidmət əməkdaşlarının təhlükəsizliyin qiymətləndirilməsini apara bilməsi üçün hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Həmçinin Filippindən həyata keçirilən iki reys müvəqqəti ləğv edilib.
Hadisənin səbəblərini araşdırmaq üçün mütəxəssislər hadisə yerinə gəliblər.
Oxşar xəbərlər

Dünya
Qalibaf: ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb
Report.az · 22 noyabr 2026, 15:17


