"Fars": Hörmüz boğazında bir gəmi qanadlı raketlə vurulub
25 oktyabr 2026, 18:17 · Mənbə: Report.az

Hörmüz boğazından keçən gəmi qanadlı raketlə vurulub.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!

Hörmüz boğazından keçən gəmi qanadlı raketlə vurulub.
"Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir.
"İlkin məlumatlar Hörmüz boğazında partlayış barədə xəbər verir. Bu partlayış gəmi əleyhinə qanadlı raketin atılması nəticəsində baş verib", - agentlik "BeamTracker Military OSINT"dən sitat gətirib.
Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir. Lakin "Fars" agentliyinin dərc etdiyi insidentlə bağlı UKMTO hələ məlumat yaymayıb.
Oxşar xəbərlər
Dünya
İsrail Qəzzada hücumlarda 6 fələstinlini öldürüb, 10 nəfəri yaralayıb
Anadolu Agency · 25 oktyabr 2026, 18:47


Dünya
Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə səbəb olub
Report.az · 25 oktyabr 2026, 18:47

Dünya
Kalayda miqrantlar Kanal boğazından keçməyə hələ də risk edir
France 24 · 25 oktyabr 2026, 18:47