Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
21 noyabr 2026, 04:17 · Mənbə: Report.az

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın 60 faizədək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışıqlara hazır olduğunu, lakin bu materialın ölkə ərazisindən çıxarılmasına razılaşmayacağını bildirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın 60 faizədək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışıqlara hazır olduğunu, lakin bu materialın ölkə ərazisindən çıxarılmasına razılaşmayacağını bildirib.
"Report" xəbər verir ki, Əraqçi bu barədə "Iran" qəzetinə müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, nüvə zənginləşdirilməsi məsələsi ilə bağlı ədalətli formula hazırlamaq mümkündür. Lakin bu məsələ İranın milli maraqlarını qoruyacaq daha geniş razılaşma çərçivəsində həll edilməlidir. O, ölkənin rəsmi nüvə doktrinasının dəyişməz qaldığını da vurğulayıb.
ABŞ-la danışıqların perspektivlərinə toxunan Əraqçi bildirib ki, Tehran hazırkı "nə müharibə, nə də sülh" dalanından çıxaraq yeni müharibənin qarşısını alacaq "yaxşı, ləyaqətli və davamlı razılaşma" əldə etməyə çalışır.
Əraqçi Tehran və Vaşinqtonun Qətər və Pakistan vasitəsilə təkliflər mübadiləsini davam etdirdiyini də təsdiqləyib.
Oxşar xəbərlər

Dünya
Qalibaf: ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb
Report.az · 22 noyabr 2026, 15:17


