TopXəbər

Elçin Cəfərov: "Azərbaycanın güləş milliləri dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar"

21 oktyabr 2026, 16:18 · Mənbə: Report.az

Elçin Cəfərov: "Azərbaycanın güləş milliləri dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar"

Azərbaycanın güləş milliləri Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar.

Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın güləş milliləri Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar.

Bunu "Report"a açıqlamasında Azərbaycan Güləş Federasiyasının Güləş İrsi və İcması Komitəsinin sədri Elçin Cəfərov deyib.

Mütəxəssis mundial öncəsi yığmaların durumu barədə fikirlərini bölüşüb:

"Neçə medal qazanılacağını söyləmək çətindir, lakin komanda üzvlərinin yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini, bir neçə beynəlxalq turnirdə iştirak edərək medallar qazandıqlarını qeyd edə bilərəm. Yığmalarda vəziyyət çox yaxşıdır, heyətdə adlı-sanlı pəhləvanlar yer alıb. Yunan-Roma güləşi millisinin kapitanı Eldəniz Əzizli 5-ci dəfə dünya çempionu olmağı qarşısına məqsəd qoyub. Bütün idmançılarımız yaxşı formadadır".

E.Cəfərov yarışda nəticələrə təsir edən amillərdən də söz açıb:

"Turnirdə təkcə hazırlıq deyil, çəkisalma prosesi, hakimlərin qeyri-obyektivliyi, püşk məsələsi kimi faktorlar var. Bunlar nəticələrə birbaşa təsir edən amillərdir. Kimin çəkini necə salacağı, psixoloji baxımdan görüşlərə necə hazırlaşacağı böyük şərtdir. Xalçada hər şey bir neçə saniyə ərzində həll olunur. Buna görə də əvvəlcədən dəqiq proqnoz vermək mümkün deyil. Lakin sevindirici haldır ki, bütün Avropa bizim komandalarla və onların üzvləri ilə hesablaşır. Güləşçilərimiz yüksək nəticələrə kökləniblər".

Yunan-Roma güləşi yığmasının sabiq baş məşqçisi heyətdəki bütün idmançıların öz yerlərinə layiq olduqlarını vurğulayıb:

"55 kq-da Eldəniz Əzizli, 60 kq-da Murad Məmmədov və digərləri titullu idmançılardır. Onlar öz yerlərini qoruyub saxlayıblar. İndi elə vaxtdır ki, hamısı nəticə göstərməlidir. Ötən il və bu il müəyyən uğurlar qazanıblar. İnanıram ki, dünya çempionatında da yaxşı nəticələrlə bizi sevindirəcəklər".

Qeyd edək ki, oktyabrın 24-dən noyabrın 1-dək Astanada keçiriləcək dünya çempionatında Azərbaycanı 23 güləşçi təmsil edəcək.

Dünya

Amadeo Karvalo Qara kimliyi araşdırır

France 24 · 21 oktyabr 2026, 16:48

Dünya

Hindistanda ata nikah üçün qızını güllələyib

News.ru · 21 oktyabr 2026, 16:17