Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
24 oktyabr 2026, 04:17 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək.
"Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib.
Trampın sözlərinə görə, nizamlanmanın hansı yolla əldə ediləcəyindən asılı olmayaraq, İranla münaqişə yaxın vaxtlarda başa çatacaq.
"Biz bu və ya digər şəkildə İranla işi çox tezliklə bitirəcəyik. Benzinin və neftin qiymətləri kəskin şəkildə düşəcək", - ABŞ lideri bildirib.
Tramp həmçinin qeyd edib ki, o, səkkiz silahlı münaqişəni nizamlamağa nail olub və onun fikrincə, Rusiya-Ukrayna münaqişəsi də sona yaxınlaşır.
Oxşar xəbərlər


Dünya
Britaniyada yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb
Report.az · 24 oktyabr 2026, 04:46

Dünya
Marqo Rubio kubalıları siyasi dəyişiklik üçün indi hərəkətə keçməyə çağırır
The Guardian · 24 oktyabr 2026, 04:47
