Britaniyada yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb
24 oktyabr 2026, 04:46 · Mənbə: Report.az

Britaniyanın Uolsol şəhərində polis Mühafizəkarlar Partiyasından olan yerli siyasətçi Saymon Bennetin ünvanına istehza və təhqirlər ehtiva edən sosial şəbəkə paylaşımlarına görə 15 yaşlı yeniyetməni saxlayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Britaniyanın Uolsol şəhərində polis Mühafizəkarlar Partiyasından olan yerli siyasətçi Saymon Bennetin ünvanına istehza və təhqirlər ehtiva edən sosial şəbəkə paylaşımlarına görə 15 yaşlı yeniyetməni saxlayıb.
"Report"un "New York Post"a istinadən məlumatına görə, "Reform UK" Partiyasını dəstəkləyən yeniyetmə Bennetin redaktə edilmiş şəklini yayımlayaraq ona dovşan qulaqları çəkib.
Şəkil bu qeydlə paylaşılıb: "Xırt-xırt... Eşidirsiniz? Bu, Vulverhempton mühafizəkarlarının nüfuzunun son qalıqlarını yeyən dovşandır".
Bundan başqa, yeniyetmə siyasətçinin xarici görünüşünü ələ salıb.
Nəşrin məlumatına görə, səhər tezdən yeniyetmənin evinə iki patrul avtomobilində dörd polis əməkdaşı gəlib. O, anasının və qonşularının yanında saxlanılıb, elektron cihazları isə müsadirə edilib.
Sonra yeniyetmə polis bölməsinə aparılıb, orada ondan DNT nümunələri və barmaq izləri götürülüb.
Oxşar xəbərlər

Dünya
Vladimir Zelenski müharibəni tezliklə dayandırmağa hazır olduğunu deyir
Ukrainskaya Pravda · 24 oktyabr 2026, 05:17

Dünya
Donald Tramp ABŞ-ın tarifləri Ukrayna münaqişəsini dayandırmaz deyib
News.ru · 24 oktyabr 2026, 05:17

Dünya
Dagdelen Merci Rusiyaya qarşı düşmən ritorikasını dəyişməyə çağırır
News.ru · 24 oktyabr 2026, 05:17
