Deputat: "Aparıcı banklar və korporasiyaları Azərbaycana cəlb edilməlidir"
16 noyabr 2026, 16:17 · Mənbə: Report.az

Dünyanın aparıcı bankları və korporasiyaları Azərbaycana cəlb edilməlidir.
Deputat: "Aparıcı banklar Azərbaycana cəlb edilməlidir"
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyanın aparıcı bankları Azərbaycana cəlb edilməlidir.

"Report" xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq maliyyə əməliyyatlarının, eləcə də regional ticarətinin miqyası dünyanın aparıcı banklarının ölkədə fəaliyyət göstərməsi üçün imkanlar yaradır: "Hazırda Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında fəaliyyət göstərən müəssisələrin sayı 65,5 mini ötüb. Ölkədə xarici markalı avtomobillərin istehsal olunduğu müəssisədə 1 300-dən artıq insan çalışır, ötən il orada 52 mindən çox avtomobil istehsal edilib. Bundan başqa, Çinin aparıcı elektromobil istehsalçısı əməkdaşlıq həyata keçirilir".
"Özbəkistanda da xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən müəssisələrin sayı 22 mini ötüb. Daşkənddə sənaye sektorunda 4 mindən, informasiya-kommunikasiya texnologiyaları sahəsində isə 1 800-dən artıq xarici kapitallı müəssisə fəaliyyət göstərir. ABŞ-nin "J.P. Morgan", "Citibank", Almaniyanın "Commerzbank" kimi nüfuzlu maliyyə institutlarının da Daşkənddə nümayəndəlikləri mövcuddur. Təklif edirik ki, dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iştirakının təmin edilməsi məqsədilə hökumət ayrıca fəaliyyət proqramı hazırlasın. Bu məqsədə nail olmaq üçün vergi və gömrük qanunvericiliyi ilə yanaşı, mülkiyyət hüquqlarının qorunması, maliyyə xidmətlərinin rəqabətqabiliyyətliliyi və işgüzar mühitin proqnozlaşdırıla bilən olması da mühüm əhəmiyyət daşıyır", - deyə deputat əlavə edib.
Oxşar xəbərlər

İqtisadiyyat
Hesablama Palatası dövlət maliyyəsinin idarə edilməsində yeni yanaşmalar təklif edir
Report.az · 21 noyabr 2026, 17:47

İqtisadiyyat
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb
Report.az · 21 noyabr 2026, 17:17

İqtisadiyyat
Tahir Mirkişili: "Rəqəmsal dövlətin ən böyük qazancı vətəndaşa qaytardığı vaxtdır"
Report.az · 21 noyabr 2026, 15:17

İqtisadiyyat
Yohan Vadeful: "Azərbaycan Almaniya və Avropanın etibarlı və mühüm enerji təchizatçısıdır"
Report.az · 21 noyabr 2026, 14:17