Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb
10 noyabr 2026, 03:48 · Mənbə: Report.az

Britaniyalı yazıçı Maykl Con Harrison 81 yaşında 2026-cı il üzrə nüfuzlu Buker mükafatının laureatı olub.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Britaniyalı yazıçı Maykl Con Harrison 81 yaşında 2026-cı il üzrə nüfuzlu Buker mükafatının laureatı olub.
"Report" xəbər verir ki, mükafatlandırma mərasimi Londondakı "Old Billingsgate" konsert və əyləncə kompleksində keçirilib.
Yazıçı bu mükafata "The End of Everything" ("Hər şeyin sonu") romanına görə layiq görülüb. Bununla da o, Buker mükafatının tarixində ən yaşlı laureat olub.
Qeyd edək ki, 198 səhifəlik roman Londonun müstəqil "Serpent's Tail" nəşriyyatında çap olunub. Əsərin hadisələri postapokaliptik İngiltərədə cərəyan edir. Baş qəhrəman Kent qraflığının sahillərində qeyri-adi artefaktlar toplayan səyyahdır.
Bu kitab Harrisonun 60 illik yaradıcılıq fəaliyyəti ərzində nəşr olunan 13-cü romanıdır.
Oxşar xəbərlər


Dünya
Çexiya ABŞ-dən LNG tədarükü üzrə uzunmüddətli müqavilə bağlamağı planlaşdırır
Report.az · 19 noyabr 2026, 04:18

Dünya
"Bloomberg": "Anthropic" səhmlərin yerləşdirilməsi hesabına 94 milyard dollardan çox vəsait cəlb edə bilər
Report.az · 19 noyabr 2026, 03:47

Dünya
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır
Report.az · 19 noyabr 2026, 03:47