Bəqai: ABŞ birtərəfli tələblərindən əl çəkmir
25 oktyabr 2026, 19:47 · Mənbə: Report.az

ABŞ hökuməti İranla danışıqlarda birtərəfli tələblərindən əl çəkmir.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ hökuməti İranla danışıqlarda birtərəfli tələblərindən əl çəkmir.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai Almaniyanın ARD telekanalına açıqlayıb.
"Biz danışıqlar masasını heç vaxt tərk etməmişik. Eyni zamanda, torpaqlarımızı müdafiə etməyə tam hazır olmuşuq. Mesajlar vasitəçilər vasitəsilə ötürülməkdədir. Amma problem ondadır ki, görünür, Amerika öz birtərəfli tələblərində israr və təkid edir", - Bəqai bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrail İrana qarşı öz təcavüzkar davranışlarını davam etdirmək üçün hələ də bütün regiondan sui-istifadə edir.
İran XİN sözçüsü vurğulayıb ki, Tehran ərazi bütövlüyü, milli təhlükəsizlik və xalqı qorumaq üçün lazımi tədbirlər görür.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşma bağlamaq və İslam Respublikasına qarşı hərbi əməliyyatları davam etdirmək arasında seçim etməli olduğunu bildirib.
Oxşar xəbərlər

Dünya
Rusiya Putinin Valdaydakı iqamətgahı ətrafında yeni hava müdafiə sistemləri qurub
Kyiv İndependent · 25 oktyabr 2026, 20:18

Dünya
Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
Report.az · 25 oktyabr 2026, 19:47
Dünya
Liviya gündəlik 50 milyon kub fut qaz hasil edən yeni qaz yatağını açdı
Anadolu Agency · 25 oktyabr 2026, 19:48

Dünya
Minlərlə insan İordaniyada kilsəyə hücumda həlak olanları anır
Al Jazeera · 25 oktyabr 2026, 19:48