Bakıda kredit götürən şəxsin pulu oğurlanıb
21 noyabr 2026, 11:47 · Mənbə: Report.az

Bakının Binəqədi rayonunda kredit götürən şəxsin pulu oğurlanıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakının Binəqədi rayonunda kredit götürən şəxsin pulu oğurlanıb.
Bu barədəb "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, vətəndaş polisə şikayət edərək avtomobil almaq üçün bankların birindən 4000 manat məbləğində götürdüyü krediti evinə gətirdiyini, mənzildə olmadığı vaxt həmin pulun oğurlandığını bildirib.
Binəqədi rayonu ərazisində keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər


Ölkə
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Report.az · 22 noyabr 2026, 11:17

