Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub
20 noyabr 2026, 13:47 · Mənbə: Report.az

Yunan-Roma güləşi üzrə Azərbaycanın U-17 millisi Gürcüstanda təşkil olunan beynəlxalq yarışda çempion olub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Yunan-Roma güləşi üzrə Azərbaycanın U-17 millisi Gürcüstanda təşkil olunan beynəlxalq yarışda çempion olub.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistandan 10 komandanın iştirak etdiyi yarışda böyük məşqçi Rafiq Hüseynov və məşqçi Müşviq Məmmədovun rəhbərliyi altında heyətdə Məhəmməd Mudalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı, Pünhan Şahmarov (hər ikisi 51 kq), Ömər Salmanov, Hüseyn Mustafazadə (hər ikisi 55 kq), Abdurahman Hüseynli, Qurban Məcnunov (hər ikisi 60 kq), Elmir Çərkəzov (65 kq), Əli Məmmədov (71 kq), İsfahan Həsənov, Zəka Yusubov (hər ikisi 80 kq), Zöhrab Səfərov, Ruslan Nuriyev (hər ikisi 92 kq) və Məhəmməd Orucov (110 kq) yer alıb.
Turnir çərçivəsində ümumilikdə 5 görüş keçirən Azərbaycan yığması bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komanda ardıcıl olaraq Ermənistanın Gümrü və İrəvan, eləcə də Gürcüstanın Batumi şəhərinin komandasını, yarımfinalda isə təşkilatçı ölkənin yığma komandasını məğlub edib.
Finalda Acarıstan komandasıyla görüş gərgin mübarizə şəraitində baş keçib. Qarşılaşmada ümumi hesab 5:5 olsa da, təmiz qələbələrin sayında üstün olan millimiz çempionluq kubokuna sahib çıxıb.
Bu turnir yeniyetmə güləşçilərimizin beynəlxalq yarış təcrübəsinin artırılması və qarşıdakı rəsmi turnirlərə hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər

Dünya
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
Report.az · 22 noyabr 2026, 04:17

Dünya
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
Report.az · 22 noyabr 2026, 03:47

Dünya
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
Report.az · 22 noyabr 2026, 03:17

Dünya
Meksikada kartel liderinin həbsi zamanı dörd hərbçi həlak olub
Report.az · 22 noyabr 2026, 01:47