Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
12 noyabr 2026, 23:48 · Mənbə: Report.az

Azərbaycan təmsilçiləri Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatını üç medalla başa vurublar.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təmsilçiləri Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatını üç medalla başa vurublar.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Belə ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova 9-cu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub etməklə yarışı maksimal nəticəylə başa vurub. Bir tur əvvəl çempionluğu təmin edən N. Abdinova 9 turda 9 xalla fenomenal nəticəyə imza atıb.

18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını 7-yə çatdırıb. Bununla Davudov qitə çempionatının gümüş medalını qazanıb.
8 yaşlı qızların yarışında Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsüdə yerini təmin edib. O, Avropa çempionatının bürünc medalçısı olub.
Beləliklə, Azərbaycan şahmatçıları Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vuraraq komanda hesabında 42 ölkə arasında 3-5-ci yerləri bölüşdürüb.
Oxşar xəbərlər

Dünya
ABŞ investorları Qarabağ və Şərqi Zəngəzurun yatırım potensialını yaxından öyrənməkdə maraqlıdırlar
Report.az · 21 noyabr 2026, 22:47

Dünya
Aun: İranın müdaxiləsi və İsrail işğalı Livanın müstəqilliyinə maneədir
Report.az · 21 noyabr 2026, 22:47

Dünya
Hakan Fidan: Türkiyə ordusunun Yəmənə yeridilməsi müzakirə edilmir
Report.az · 21 noyabr 2026, 22:17
