Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
22 oktyabr 2026, 18:47 · Mənbə: Report.az

Bakıda Azərbaycan və Norveç Krallığı Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda Azərbaycan və Norveç Krallığı Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Norveç nümayəndə heyətinə isə bu ölkənin XİN-in dövlət katibi Eivind Vad Petersson rəhbərlik edib.
Məsləhətləşmələr çərçivəsində Azərbaycan və Norveç arasında siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib və ikitərəfli dialoqun davamlılığının təmin olunmasının vacibliyi qeyd edilib.
Məsləhətləşmələr çərçivəsində ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin və qarşılıqlı fəaliyyətin, eləcə də namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.
Tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində görülən işlər, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə tədbirləri barədə məlumat verilib.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

Siyasət
"Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub
Report.az · 22 oktyabr 2026, 18:47


Siyasət
İrlandiya ədliyyə naziri nənə və babalara münasib adsı tənqid edib
BBC News · 22 oktyabr 2026, 17:48

Siyasət
Xocalı sakini: Qorxu içində çıxdığımız yurdumuza indi sevinc göz yaşları ilə qayıdırıq
Report.az · 22 oktyabr 2026, 14:46