"Axios": Vens ABŞ-də prezident seçkilərində iştirakını hələ müəyyənləşdirməyib
16 noyabr 2026, 08:16 · Mənbə: Report.az

ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı hələ də yekun qərar verməyib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı hələ də yekun qərar verməyib.
"Report"un xəbərinə görə, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən bildirib.
Məlumata görə, Vens 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı yekun qərarı yeni ilə qədər verməyəcək və niyyətini açıq şəkildə açıqlamaq üçün yazın sonuna qədər gözləyə bilər. O, hələ də ailəsi ilə potensial namizədliyini müzakirə edir.
Eyni zamanda, Vensin tərəfdarları respublikaçıların aralıq seçkilərdəki nəticələrinin onun nüfuzuna təsir etmədiyini bildirirlər. Vitse-prezidentin ən yaxın siyasi məsləhətçiləri onun 2028-ci ildə namizədliyini irəli sürməli olduğuna və çox güman ki, irəli sürəcəyinə inanırlar.
Bu arada, "Axios" bir neçə başqa respublikaçının da namizədliyini irəli sürməyi düşündüyünü bildirib. Məsələn, senator Ted Kruzun komandası onun mümkün namizədliyini müzakirə etmək üçün iclas keçirib. Bəzi respublikaçılar dövlət katibi Marko Rubionu Vensə potensial olaraq daha güclü rəqib hesab edirlər.
Digər potensial respublikaçı namizədlər arasında Virciniyanın keçmiş qubernatoru Qlenn Yanqkin, Corciya qubernatoru Brayan Kemp və Florida qubernatoru Ron Desantis də var.
Oxşar xəbərlər


Dünya
Azərbaycan basketbolçusu Polina Şukina Sinqapurda müsabiqənin qalibi olub
Report.az · 22 noyabr 2026, 13:47

Dünya
Zelenski: Rusiyanın Kiyevə zərbəsindən sonra dağıntılar altında 14 nəfər qala bilər
Report.az · 22 noyabr 2026, 13:47
