Amazon peyklərinin olduğu raket buraxılışdan dərhal sonra qəzaya uğrayıb
16 noyabr 2026, 02:47 · Mənbə: Report.az

"United Launch Alliance" (ULA) şirkətinə məxsus "Vulcan" daşıyıcı raketi startdan təxminən 10 dəqiqə sonra qəzaya uğrayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
"United Launch Alliance" (ULA) şirkətinə məxsus "Vulcan" daşıyıcı raketi startdan təxminən 10 dəqiqə sonra qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə ULA "X" sosial şəbəkəsində məlumat yayıb.
"Space Launch Complex 41" meydançasından buraxılan "Vulcan" daşıyıcı raketinin uçuşunun 10-cu dəqiqəsində qeyri-adi vəziyyətin baş verdiyini təsdiqləyirik. Nəticədə "Amazon" şirkətinin missiyası üçün nəzərdə tutulan faydalı yük orbitə çıxarılmayıb", - məlumatda bildirilib.
İlkin məlumata görə, nasazlıq raketin yuxarı pilləsinin işində baş verib.
Hadisənin səbəbləri araşdırılır.
Şirkət uçuş çərçivəsində internetə çıxışı təmin edən 40 ədəd "Amazon Leo" peykini orbitə çıxarmağı planlaşdırırdı. Ümumilikdə layihə çərçivəsində Yerətrafı orbitə 3 mindən çox peykin göndərilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər

Texnologiya
Vüqar Bayramov: "Rəqəmsal İnkişaf Şurası Azərbaycanın elektron hökumət imkanlarını genişləndirir"
Report.az · 21 noyabr 2026, 14:47

Texnologiya
Şahin Əliyev: "Rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyimiz güclənir"
Report.az · 20 noyabr 2026, 18:47

Texnologiya
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Report.az · 20 noyabr 2026, 16:47

Texnologiya
Rumıniyalı ekspert: "Süni intellekt xarici siyasətdə yeni qaydalar müəyyənləşdirir"
Report.az · 19 noyabr 2026, 10:47