Adil Kərimli Yeni Dehlidə keçirilən forumda iştirak edir
21 noyabr 2026, 10:47 · Mənbə: Report.az

Mədəniyyət naziri Adil Kərimli Yeni Dehlidə keçirilən forumda iştirak edir.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mədəniyyət naziri Adil Kərimli Yeni Dehlidə keçirilən forumda iştirak edir.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, noyabrın 20–22-də Hindistanın paytaxtı Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində ilk Sivilizasiyalararası Dialoq Forumu keçirilir.
Azərbaycan mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edir.
Forumun məqsədi ortaq sivilizasiya irsinin öyrənilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və mədəniyyətlərarası əməkdaşlığın təşviqidir. Proqramda Hindistanın Baş naziri Narendra Modinin açılış çıxışı, mədəniyyət təqdimatları, sərgilər və tematik müzakirələr yer alır.
Oxşar xəbərlər




Dünya
Azərbaycan basketbolçusu Polina Şukina Sinqapurda müsabiqənin qalibi olub
Report.az · 22 noyabr 2026, 13:47