ABŞ-nin strateji neft ehtiyatları 40 illik minimumu yeniləyib
27 oktyabr 2026, 02:47 · Mənbə: Report.az

ABŞ-nin strateji neft ehtiyatı oktyabrın 23-də başa çatan hesabat həftəsinin sonunda 282,6 milyon barelə enib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin strateji neft ehtiyatı oktyabrın 23-də başa çatan hesabat həftəsinin sonunda 282,6 milyon barelə enib.
"Report" xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyinin məlumatları göstərir. Bununla yanaşı, ehtiyatlar 1982-ci ilin oktyabrından bəri minimum səviyyəni yeniləməyə davam edir.
ABŞ-nin strateji neft ehtiyatları bir həftə ərzində təxminən 100 min barel azalıb. Ən aşağı səviyyə 1982-ci ildə, 15 oktyabrda bitən hesabat həftəsinin sonunda 280,802 milyon barel olaraq qeydə alınıb.
ABŞ-nin strateji ehtiyatındakı neft ehtiyatları 1982-ci ilin ən aşağı səviyyələrini avqustun sonunda yeniləməyə başlayıb. Oktyabrın əvvəlində bu göstərici 283 milyon barelə enib.
Strateji neft ehtiyatı 1975-ci ildə ABŞ Konqresinin qərarı ilə yeni fövqəladə hallar halında qlobal enerji böhranından sonra yaradılıb.
Oxşar xəbərlər

Dünya
Azərbaycan basketbolçusu Polina Şukina Sinqapurda müsabiqənin qalibi olub
Report.az · 22 noyabr 2026, 13:47

Dünya
Zelenski: Rusiyanın Kiyevə zərbəsindən sonra dağıntılar altında 14 nəfər qala bilər
Report.az · 22 noyabr 2026, 13:47

