Yunanıstanda iş adamı 100 milyon avroluq vergi dələduzluğu ilə bağlı saxlanılıb
25 oktyabr 2026, 22:16 · Mənbə: Report.az

Yunanıstan polisi 100 milyon avro məbləğində vergi fırıldaqçılığında əli olmaqda şübhəli bilinən "Choriatiko" çörəkxana şəbəkəsinin sahibi Angelos Yannakopulosu və 50-yə yaxın şəxsi saxlayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Yunanıstan polisi 100 milyon avro məbləğində vergi fırıldaqçılığında əli olmaqda şübhəli bilinən "Choriatiko" çörəkxana şəbəkəsinin sahibi Angelos Yannakopulosu və 50-yə yaxın şəxsi saxlayıb.
"Report" "Kathimerini" qəzetinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvarında başlanmış istintaq vergidən yayınmaq məqsədilə saxta əqdlərin həyata keçirildiyi ehtimal edilən 200-ə yaxın çörəkxananı əhatə edir.
Yannakopulos Dubaydan Yunanıstana qayıtdıqdan sonra saxlanılıb.
Nəşrin məlumatına görə, biznesmen əvvəllər də cinayət məsuliyyətinə cəlb edilib. 2010-cu ildə o, əsasən, Ukrayna, Moldova və digər Şərqi Avropa ölkələrindən qadınların fahişəliyə məcbur edilmək məqsədilə ölkəyə qanunsuz yolla keçirilməsini təşkil etmək ittihamı ilə həbs olunub.
2015-ci ildə birinci instansiya məhkəməsi Yannakopulosu 10 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Onunla birlikdə daha 15 nəfər məhkum olunub.
Sonradan biznesmen bir neçə yüz min avro məbləğində girov müqabilində sərbəst buraxılıb.
Apellyasiya məhkəməsi təyin edilmiş cəzaları yüngülləşdirib və ittihamların bir hissəsini ləğv edib ki, bu da həmin iş üzrə məhkum olunanların azadlıqda qalmasına imkan verib.
Oxşar xəbərlər

Dünya
Moskva 2030-cu il Beynəlxalq Ağırlıqqaldırma Çempionatına ev sahibliyi edəcək
Kyiv İndependent · 25 oktyabr 2026, 22:16

Dünya
Tramp İranla bağlı kəşfiyyat məlumatlarında ziddiyyətlərin olduğunu bildirib
Report.az · 25 oktyabr 2026, 21:47


Dünya
Donald Tramp Rusiyadan neft məhsulları tədarükü razılaşmasını yüksək qiymətləndirib
TASS · 25 oktyabr 2026, 21:47