WSJ: ABŞ bütün bombardmançı təyyarələrini "Ferford" bazasından çıxarıb
5 oktyabr 2026, 03:45 · Mənbə: Report.az

Ötən həftə baş vermiş insidentdən sonra ABŞ Hərbi Hava Qüvvələrinin bütün "B-1" strateji bombardmançı təyyarələri Britaniyanın "Ferford" aviabazasından çıxarılaraq Birləşmiş Ştatlara qaytarılıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən həftə baş vermiş insidentdən sonra ABŞ Hərbi Hava Qüvvələrinin bütün "B-1" strateji bombardmançı təyyarələri Britaniyanın "Ferford" aviabazasından çıxarılaraq Birləşmiş Ştatlara qaytarılıb.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ administrasiyasının adı açıqlanmayan rəsmi şəxslərinə istinadən yazıb.
Qeyd olunub ki, son vaxtlara qədər təxminən 10 ABŞ strateji bombardmançı təyyarəsi sözügedən aviabazada yerləşdirilmişdi. ABŞ hərbçiləri İrana zərbələr endirmək məqsədilə bombardmançıları havaya qaldırmaq üçün bu obyektdən keçid məntəqəsi kimi istifadə edirdilər.
"Operativ təhlükəsizlik mülahizələri qüvvə və vasitələrimizin yerdəyişmələri barədə real vaxt rejimində məlumatı təsdiqləməyə bizə imkan vermirdi. İndi biz etiraf edə bilərik ki, "Ferford" aviabazasında yerləşdirilmiş bütün ABŞ bombardmançıları ABŞ-dəki daimi bazalarına yenidən dislokasiya edilib", - nəşr Pentaqonun bəyanatından sitat gətirib.
Yaşları 23-dən 25-ə qədər, hamısı London sakini olan beş nəfər sentyabrın 27-də İngiltərənin qərbindəki Qlosterşir qraflığında, Ferford aviabazasının ətrafında saxlanılıb. Növbəti gün onlar zaminə buraxılıblar, baxmayaraq ki, əvvəlcə partlayıcı maddələr və terrorizm haqqında qanunları pozmaqda şübhəli bilinirdilər.
Oxşar xəbərlər

Dünya
Portuqaliyada parlament binası qarşısında genişmiqyaslı mitinq keçirilə bilər
Report.az · 19 oktyabr 2026, 13:17

Dünya
Emoməli Rahmon və Li Tsyan iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasını nəzərdən keçiriblər
Report.az · 19 oktyabr 2026, 12:47

Dünya
İspaniyada "Adam" qasırğası və leysan yağışları səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan edilib
Report.az · 19 oktyabr 2026, 12:17

Dünya
Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq
Report.az · 19 oktyabr 2026, 11:47