Vuçiç Serbiyanın siyasi kursunun dəyişdirilməsi üçün kənardan müdaxilə edildiyini bildirib
4 oktyabr 2026, 23:44 · Mənbə: Report.az

Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç ölkənin mövcud siyasi kursunun dəyişdirilməsi üçün kənardan müdaxilə edildiyini açıqlayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç ölkənin mövcud siyasi kursunun dəyişdirilməsi üçün kənardan müdaxilə edildiyini açıqlayıb.
"Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bu barədə Baçka-Palankada keçirilən seçki mitinqində çıxışı zamanı deyib danışıb.
O qeyd edib ki, Zaqreb, Podqoritsa, Sarayevo və Priştinada Serbiyanın hazırkı hakimiyyətinin devrilməsi və dəyişdirilməsi böyük istəklə arzulanan məsələlərdəndir.
Aleksandar Vuçiç deyib ki, kənardan kimsə Serbiyada atmosferi zəhərləyərək ölkənin, ilk növbədə, beynəlxalq siyasətinin dəyişdirilməsinə nail olmaq istəyib.
"Gördüyünüz kimi, Albin Kurtidən Milo Cukanoviçə, Andrey Plenkoviçə qədər hamı Serbiyada hakimiyyətin devrilməsini istəyir. Bəs onlar Serbiyaya yaxşılıq istəyirlərmi?" – deyə Vuçiç sual edib.
Oxşar xəbərlər



Dünya
Marko Rubio Trampın Rusiyaya qarşı sanksiyalardan imtina etməsini izah edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 11:17

Dünya
Nəsilti qadın Kraliça Viktoriya üçün hədiyyə edilən barədə bioqrafiyanı qarşılayır
The Guardian · 18 oktyabr 2026, 11:17