Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
13 oktyabr 2026, 01:47 · Mənbə: Report.az

Venesuelada aclığın aradan qaldırılması üzrə plan hazırlanıb və tətbiq edilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Venesuelada aclığın aradan qaldırılması üzrə plan hazırlanıb və tətbiq edilib.
"Report" xəbər verir ki, bu barədə Bolivar Respublikasının prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Romada keçirilən Ümumdünya Ərzaq Forumunun plenar iclasında bildirib.
"Bu tribunadan mən ali məqsədə - aclığın aradan qaldırılmasına nail olmaq üçün ərzaq istehsalının bütün proseslərini birləşdirmək məqsədilə "Venesuela qidalandırır" planının işə salındığını elan etmək istəyirəm", - Rodriqes qeyd edib.
O bildirib ki, Venesuela forumun işində qidalanma hüququnun insanların həyatı, ləyaqəti və hərtərəfli inkişafı ilə birbaşa bağlı olan ayrılmaz hüquq olduğuna dair "dərin inamla" iştirak edir.
Səlahiyyətli prezident vurğulayıb ki, vətəndaşların qidalanma hüquqlarının təmin edilməsi inklüziv və ardıcıl dövlət siyasəti, həmçinin investisiya, maliyyələşdirmə, istehsalın, elmin, texnologiyaların və əməkdaşlığın inkişafını tələb edir.
Oxşar xəbərlər

Dünya
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Report.az · 19 oktyabr 2026, 08:47


Dünya
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Report.az · 19 oktyabr 2026, 07:47

Dünya
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Report.az · 19 oktyabr 2026, 07:17