TopXəbər

Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib

19 oktyabr 2026, 01:17 · Mənbə: Report.az

Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib

Türkiyənin Bursa vilayətində 100 nəfər qidadan zəhərlənib.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Türkiyənin Bursa vilayətində 100 nəfər qidadan zəhərlənib.

Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, hadisə İnegöl rayonunda keçirilən dini mərasimdə qeydə alınıb. Tədbirdən təxminən üç saat sonra mərasimin bəzi iştirakçıları ürəkbulanma və qusma əlamətləri hiss etməyə başlayıblar. Zərərçəkənlər İnegöl Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edilir ki, sakinlərin və ətraf ərazilərdən çox sayda insanın qatıldığı tədbirdə təxminən 1 000 nəfərə yemək paylanılıb.

Qida zəhərlənməsinin toyuq əti və düyüdən qaynaqlandığı ehtimal edilir.

Jandarm hadisə ilə bağlı araşdırmaya başlayıb.