Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
18 oktyabr 2026, 01:46 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp İranla müharibə başa çatdıqdan sonra ölkədə benzinin qiymətinin münaqişə başlamazdan əvvəlki göstəricidən də aşağı düşəcəyini bildirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp İranla müharibə başa çatdıqdan sonra ölkədə benzinin qiymətinin münaqişə başlamazdan əvvəlki göstəricidən də aşağı düşəcəyini bildirib.
"Report" xəbər verir ki, Amerika lideri bu barədə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində Kentukki ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
"Bu müharibə çox tezliklə başa çatacaq. Müharibə bitdikdən sonra benzinin qiyməti aşağı düşəcək və münaqişə başlamazdan əvvəlki səviyyədən də ucuz olacaq", – Tramp deyib.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, oktyabrın 17-nə ABŞ-da bir qallon benzinin (3,78 litr) orta qiyməti 4,3 dollar təşkil edib. İranla münaqişənin başlamasına iki gün qalmış isə bu göstərici 2,98 dollar olub.
ABŞ-da dizel yanacağının bir qallonunun qiyməti təxminən 6,52 dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,41 dollar çoxdur.
Oxşar xəbərlər

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17


Dünya
Livan Prezidenti İsraili qoşunların çıxarılması barədə razılaşmanı pozmaqda ittiham edib
Report.az · 19 oktyabr 2026, 15:17

Dünya
Rubio: ABŞ və Mərkəzi Asiya bazarlarına çıxış üçün Orta Dəhlizi inkişaf etdirmək niyyətindəyik
Report.az · 19 oktyabr 2026, 14:17