Tramp: ABŞ dizel yanacağının ixracına qadağa qoymayacaq
3 oktyabr 2026, 04:15 · Mənbə: Report.az

ABŞ dizel yanacağının ixracına qadağa tətbiq etməyəcək.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ dizel yanacağının ixracına qadağa tətbiq etməyəcək.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
"Əslində, Avropa əla davrandı, çünki orada dövriyyədə çoxlu dizel yanacağı var. Onların dizeli var. Onlar dizeldən əksər digər ölkələrə nisbətən dəfələrlə çox istifadə edirlər və sadəcə möhtəşəm hərəkət etdilər", - o bildirib.
Prezident əlavə edib ki, dizel yanacağının ixracına qadağa qoyulması məsələsinə heç vaxt baxılmayıb.
Daha əvvəl Tramp bildirmişdi ki, Avropa ölkələri öz ehtiyatlarından əhəmiyyətli həcmdə dizel yanacağını sərbəst buraxmağa razılaşıb.
Oxşar xəbərlər

Dünya
Əthiopiyada Tigray münaqişəsi nəzarətdən çıxmaq təhlükəsi yaradır
France 24 · 6 oktyabr 2026, 18:17

Dünya
Aİ Ukraynanın üzvlüyünə hazırlıq işlərini sürətləndirir
Kyiv İndependent · 6 oktyabr 2026, 18:17

Dünya
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Report.az · 6 oktyabr 2026, 18:17

Dünya
İranda hicab tələbləri sosial təzyiqlərlə həyata keçirilir
Deutsche Welle · 6 oktyabr 2026, 18:18