Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
12 oktyabr 2026, 01:17 · Mənbə: Report.az

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud və İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud və İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Tərəflər söhbət zamanı regionda son vaxtlar baş verən gərginliyi və bu vəziyyətlə bağlı görülən tədbirləri müzakirə ediblər.
Nazirlikdən bildirilib ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Abbas Əraqçi isə özünün "Telegram" kanalında söhbət zamanı regionda gərginliyin artmasından narahatlığını ifadə etdiyini qeyd edib.
Onun sözlərinə görə, hərbi üsullara üstünlük verilməsi və siyasi həll yollarına məhəl qoyulmaması mövcud vəziyyəti daha da ağırlaşdıracaq. Əraqçi əlavə edib ki, İran böhranın siyasi həllinə nail olmaq məqsədilə Səudiyyə Ərəbistanı ilə Yəmən arasında dialoqun qurulmasına kömək etməyə hazırdır.
Oxşar xəbərlər

Dünya
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Report.az · 19 oktyabr 2026, 08:47


Dünya
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Report.az · 19 oktyabr 2026, 07:47

Dünya
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Report.az · 19 oktyabr 2026, 07:17