Səudiyyə Ərəbistanı husilərin dinc sakinlərə hücumlarını pisləyib
6 oktyabr 2026, 02:44 · Mənbə: Report.az

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) "Ənsar Allah" hərəkatından olan husilər tərəfindən krallıq ərazisindəki mülki və kommersiya obyektlərinin davamlı olaraq atəşə tutulmasını qətiyyətlə pisləyib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) "Ənsar Allah" hərəkatından olan husilər tərəfindən krallıq ərazisindəki mülki və kommersiya obyektlərinin davamlı olaraq atəşə tutulmasını qətiyyətlə pisləyib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
"Qırmızı dənizin cənub hissəsində və Bab əl-Məndəb boğazında Səudiyyə gəmilərinə hücumlarına əlavə olaraq, husi silahlı dəstələrinin Krallıqdakı dinc sakinləri, mülki və iqtisadi obyektləri davamlı olaraq atəşə tutmasını, eləcə də müqəddəs Məkkə və Mədinəyə, həmçinin paytaxt Ər-Riyada və Krallığın şəhərlərinə hücumlarını qətiyyətlə pisləyirik", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, Məkkə sazişi çərçivəsində Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək.
Oxşar xəbərlər

Dünya
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Report.az · 18 oktyabr 2026, 00:46

Dünya
Zelenski Rusiya Rusiyanı Belarus vasitəsilə Qərbi Ukraynada raket hədələrini artırmaqda günahlandırır
Kyiv İndependent · 18 oktyabr 2026, 00:47

Dünya
Soyğunçular Fransada kütləvi etirazlardan istifadə edib dükanları qarət edib və dağıdıb
France 24 · 18 oktyabr 2026, 00:17

Dünya
İlon Mask Starlink-in işini yavaşlatmağı təklif edib, Tramp etiraz etməyib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 00:18