TəciliRusiya pilotsuz təyyarəsi Nikopol rayonunda mağazaya zərbə vurub, dörd nəfər yaralanıb

TopXəbər

Serbiyanın NIS şirkəti ABŞ-dən lisenziya müddətini uzatmağı xahiş edib

24 oktyabr 2026, 18:46 · Mənbə: Report.az

Serbiyanın NIS şirkəti ABŞ-dən lisenziya müddətini uzatmağı xahiş edib

Serbiyanın NIS neft şirkəti, hazırkı lisenziyanın müddəti 30 oktyabr 2026-cı ildə başa çatdıqdan sonra fəaliyyətini davam etdirməsinə imkan verəcək xüsusi lisenziyanın uzadılması üçün ABŞ Maliyyə Nazirliyinə yeni sorğu göndərib.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Serbiyanın NIS neft şirkəti, hazırkı lisenziyanın müddəti 30 oktyabr 2026-cı ildə başa çatdıqdan sonra fəaliyyətini davam etdirməsinə imkan verəcək xüsusi lisenziyanın uzadılması üçün ABŞ Maliyyə Nazirliyinə yeni sorğu göndərib.

"Report" xəbər verir ki, bu barədə RTRS teleradiokanalı məlumat yayıb.

Kanalın məlumatına görə, sorğuda daxili bazara tədarükün fasiləsizliyinin təmin edilməsində NIS-in əhəmiyyəti, həmçinin Pançevodakı neft emalı zavodunun müntəzəm işinin Serbiyanın enerji sabitliyinin qorunması üçün əsas əhəmiyyətə malik olduğu vurğulanır.

Daha əvvəl ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) NIS şirkətinin fəaliyyət lisenziyasının müddətini oktyabrın 30-dək uzadıb.