Şanlıurfa TEKNOFEST ilə tarix və mədəniyyətini dünya ilə tanıtdı
4 oktyabr 2026, 16:46 · Mənbə: Anadolu Ajansı

Şanlıurfa valisi TEKNOFEST-in bölgənin tanıdılması və gənclərin texnologiya ilə tanış olması baxımından vacibliyini vurğulayıb.
Anadolu Ajansı yazır ki, Sənaye və Texnologiya Nazirliyi ilə T3 Fondu tərəfindən təşkil edilən Havacılıq, Kosmos və Texnologiya Festivalı (TEKNOFEST) Şanlıurfa GAP Hava Limanında keçirilib.
Şanlıurfa valisi Şıldak tədbir zamanı mətbuat nümayəndələrinə açıqlamasında festivalın ilk günkü həyəcanının daha da artdığını deyib.
Vali bildirib ki, festival zamanı bəzi trafik sıxlıqları müşahidə olunsa da, park, təmizlik və təhlükəsizlik işlərində heç bir problem yaranmayıb.
Şıldak festival iştirakçılarının xidmətlərdən razı qaldığını və hazırlıq işlərinin müsbət nəticələr verdiyini qeyd edib.
O, ölkə rəhbərliyinin də festivala böyük maraq göstərdiyini və 150 mindən çox insanın iştirak etdiyini vurğulayıb.
Vali T3 Fondunun rəhbərlərinə, xüsusilə TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktara təşəkkürünü bildirib.
Şıldak əlavə edib ki, bu tədbir Şanlıurfaya xas olan tarix və mədəniyyətin dünya miqyasında tanıdılması, eləcə də gənclərin milli texnologiya hərəkatı ilə tanış olması üçün yaxşı fürsət yaradıb.
Oxşar xəbərlər

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17


Dünya
Livan Prezidenti İsraili qoşunların çıxarılması barədə razılaşmanı pozmaqda ittiham edib
Report.az · 19 oktyabr 2026, 15:17

Dünya
Rubio: ABŞ və Mərkəzi Asiya bazarlarına çıxış üçün Orta Dəhlizi inkişaf etdirmək niyyətindəyik
Report.az · 19 oktyabr 2026, 14:17