Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib
14 oktyabr 2026, 16:17 · Mənbə: Report.az

Rusiyadan idxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyadan Azərbaycana idxal olunmuş bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, "Qlisin Вiоkоr" əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029) nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Sınaq nəticələrinə əsasən, bəyan olunmuş tərkibdə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 216 kq olan 10 000 qutu məhsul partiyası məhv edilib.
Oxşar xəbərlər

Sağlamlıq
İncə lavaşdan xırtıldayan ət doldurmalı borular hazırlayıb evdə ailə sevinci yaşadılar
News.ru · 18 oktyabr 2026, 20:17

Sağlamlıq
Sabahkı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Report.az · 18 oktyabr 2026, 17:17

