Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
3 oktyabr 2026, 02:15 · Mənbə: Report.az

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Murtazovo stansiyası ərazisində məhkumlardan biri tualetə çıxarılarkən konvoy əməkdaşına təkbaşına hücum edib və bu zaman onun xidməti silahını ələ keçirib. Hücum nəticəsində bir əməkdaş həlak olub, üç nəfər yaralanıb", - məlumatda bildirilib.
Keçirilən əməliyyat zamanı hücum edən şəxs polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Mülki əhali arasında xəsarət alan yoxdur.
TASS-ın mənbəsi bildirib ki, yaralanmış xidmət əməkdaşlarından birinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağırdır.
Oxşar xəbərlər

Dünya
Cey Di Vens Fransadakı etirazlarda zorakılığı qərb liberalları törədib deyib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 16:47

Dünya
Ukrayna Sankt-Peterburqa pilotsuz hücum edib, biri ölüb, neft emalı zavodu yanıb
France 24 · 18 oktyabr 2026, 16:47


Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17