Robert Fitso Serbiyada parlament seçkilərin öncəsi Vuçiçə dəstək verib
4 oktyabr 2026, 02:14 · Mənbə: Report.az

Slovakiyanın Baş naziri Robert Fitso Serbiyada parlament seçkiləri ərəfəsində ölkənin keçmiş prezidenti Aleksandar Vuçiçi dəstəklədiyini bildirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Slovakiyanın Baş naziri Robert Fitso Serbiyada parlament seçkiləri ərəfəsində ölkənin keçmiş prezidenti Aleksandar Vuçiçi dəstəklədiyini bildirib.
"Report"un "Radio-televizija Vojvodine"yə (RTV) istinadən məlumatına görə, Fitsonun mesajı Belqradda Vuçiç tərəfdarlarının seçkiqabağı mitinqində oxunub.
"Serbiya və Slovakiya suveren siyasətin qəti tərəfdarlarıdır. Hesab edirən, Serbiyanın suverenliyini qətiyyətlə müdafiə etmək və müstəqil qərarlar qəbul etmək hüququ var, baxmayaraq ki, məhz buna görə də Aİ-yə daxil olmaq üçün yeni şərtlər və öhdəliklər qoyulur", - məlumatda deyilir.
Fitso müstəqil siyasət yürütdüyünü deyərək Serbiyanı və Vuçiçi dəstəklədiyini bildirib. Slovakiyanın Baş naziri həmçinin ona qarşıdan gələn seçkilərdə uğurlar arzulayıb.
Fitso həmçinin vurğulayıb ki, Slovakiya Serbiyanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək və Kosovo ilə bağlı mövqeyini dəyişməyəcək.
"Kosovo və Metoxiya məsələsinə gəldikdə, biz sizi heç vaxt məyus etməyəcəyik", - mesajda deyilir.
Xatırladaq ki, Serbiyada parlament seçkiləri oktyabrın 25-ə təyin edilib, Vuçiç sentyabrın 27-də prezident vəzifəsindən istefa verib.
Oxşar xəbərlər

Dünya
Əthiopiyada Tigray münaqişəsi nəzarətdən çıxmaq təhlükəsi yaradır
France 24 · 6 oktyabr 2026, 18:17

Dünya
Aİ Ukraynanın üzvlüyünə hazırlıq işlərini sürətləndirir
Kyiv İndependent · 6 oktyabr 2026, 18:17

Dünya
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Report.az · 6 oktyabr 2026, 18:17

Dünya
İranda hicab tələbləri sosial təzyiqlərlə həyata keçirilir
Deutsche Welle · 6 oktyabr 2026, 18:18