Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
18 oktyabr 2026, 02:16 · Mənbə: Report.az

Nyu-Yorkun Manhetten rayonunda metro stansiyasının platformasında təxminən 30 yaşlı kişi güllələnərək öldürülüb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Nyu-Yorkun Manhetten rayonunda metro stansiyasının platformasında təxminən 30 yaşlı kişi güllələnərək öldürülüb.
"Report" xəbər verir ki, bu barədə şəhərin polis idarəsi məlumat yayıb.
Məlumata görə, hadisə oktyabrın 17-də yerli vaxtla saat 12:21-də (Bakı vaxtı ilə saat 20:21) E xəttinin şimal istiqamətində hərəkət edən qatarlarına xidmət göstərən "53-cü küçə – Yeddinci prospekt" metro stansiyasının platformasında baş verib.
Atəş açdıqdan sonra şübhəli şəxs hadisə yerindən qaçıb.
Polis axtarışda olan şəxsin müşahidə kameralarından əldə edilmiş fotolarını yayımlayıb və onun yerinin müəyyənləşdirilməsinə kömək edə biləcək məlumatı olan şəxsləri hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.
Oxşar xəbərlər

Dünya
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Report.az · 19 oktyabr 2026, 18:47

Dünya
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
Report.az · 19 oktyabr 2026, 18:17

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17
