NYT: Ağ Evin mətbuat katibi beş günlük işdən sonra vəzifəsindən çıxarılıb
17 oktyabr 2026, 03:47 · Mənbə: Report.az

Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəyə başladıqdan bir həftədən az müddət sonra işdən çıxarılıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəyə başladıqdan bir həftədən az müddət sonra işdən çıxarılıb.
"Report"un xəbərinə görə, bu barədə "The New York Times" qəzeti üç mənbəyə istinadən məlumat yayıb.
Zakariya cəmi 15 dəqiqə davam edən bir brifinq keçirib. Jurnalistlərin kəskin tənqidinə səbəb olan çıxışdan sonra onun vəzifəsinə uyğunluğu ilə bağlı suallar yaranıb.
Qəzet qeyd edib ki, mətbuat katibi Donald Trampın nailiyyətlərini sadalayıb, bir vərəqdən oxuyub və yalnız üç suala cavab verib. Media orqanları da onun sərtliyini və göz təmasının olmamasını qeyd edib.
Prezident Tramp daha əvvəl jurnalistlərə Zakariyanı bu vəzifədə xidmət etmək qərarını "yenidən nəzərdən keçirməyə" çağırdığını bildirib. Trampın sözlərinə görə, o, həmçinin qadından soruşub: "Keti, sənə bu lazımdırmı? Düşünmürəm ki, sənə bu lazımdır".
MS NOW telekanalı Amerika administrasiyasının nümayəndəsinə istinadən bildirib ki, Ağ Ev yeni mətbuat katibinin ilk brifinqindən narazıdır və onun tezliklə işdən çıxarılma ehtimalını nəzərə alıb.
Oxşar xəbərlər

Dünya
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Report.az · 19 oktyabr 2026, 18:47

Dünya
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
Report.az · 19 oktyabr 2026, 18:17

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17
