TopXəbər

Nijeryada hərbi təyyarə qəzaya uğrayıb, 3 günlük matəm elan olunub

6 oktyabr 2026, 03:45 · Mənbə: Anadolu Ajansı

Nijeryada hərbi təyyarə qəzaya uğrayıb, 3 günlük matəm elan olunub

Nijerya prezidenti Bola Ahmed Tinubu hərbi təyyarə qəzasında həyatını itirənlər üçün üç günlük milli matəm elan edib. Təyyarə qəzaya uğrayandan sonra araşdırma başlayıb.

Anadolu Ajansı yazır ki, Nijerya Hava Qüvvələrinə aid "ATR-42" tipli hərbi təyyarə dünən Benin şəhərindən Lagos şəhərinə gedərkən Ondo əyalətinin İgbokoda bölgəsində dəniz bazasının yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə 25 sərnişin və 7 ekipaj üzvü olub.

Nijerya prezidenti Bola Ahmed Tinubu qəza nəticəsində həyatını itirənləri yad etmək üçün ölkə üzrə üç günlük milli matəm elan edib və bayraqların yarıya endirilməsini əmr edib.

Tinubu hadisədən dərin kədərləndiyini bildirərək hava qüvvələrinin hər gün ölkənin təhlükəsizliyi üçün öz həyatlarını riskə atdıqlarını, bu fədakarlıqların unudulmayacağını vurğulayıb.

Prezident kazanın səbəbinin müəyyənləşdirilməsi və oxşar hadisələrin qarşısının alınması üçün əhatəli araşdırma aparılmasını tapşırıb.

O, qəzada həyatını itirənlərin yaxınlarına və hava qüvvələrinin şəxsi heyətinə başsağlığı verib.