Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
12 oktyabr 2026, 02:47 · Mənbə: Report.az

Misir-Sudan sərhədində yerləşən qızıl mədəninə hava zərbəsi nəticəsində 72 mədənçinin öldüyü iddia edilir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Misir-Sudan sərhədində yerləşən qızıl mədəninə hava zərbəsi nəticəsində 72 mədənçinin öldüyü iddia edilir.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Sudanda fəaliyyət göstərən "Fövqəladə Vəkillər" adlı insan hüquqları təşkilatının açıqlamasına görə, Misir Hərbi Hava Qüvvələri oktyabrın 10-da Sudanın şimalında, Misirlə sərhəd bölgəsində yerləşən qızıl mədəninə zərbə endirib. Hücum nəticəsində 72 mədənçinin öldüyü bildirilir.
"Sudan Həkimlər Şəbəkəsi" də bölgəyə hava zərbəsi endirildiyini təsdiqləyib. Lakin təşkilat hücuma görə məsuliyyət daşıyan tərəfin kimliyi barədə məlumat verməyib. Hələlik heç bir tərəf hücumun məsuliyyətini üzərinə götürməyib.
Bəzi mənbələr zərbənin sərhədin Misir tərəfindəki əraziyə endirildiyini və Misir rəsmilərinin bundan əvvəl bölgənin boşaldılması barədə xəbərdarlıq etdiyini bildiriblər. Misirin Hərbi Hava Qüvvələri və Xarici İşlər Nazirliyi hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Oxşar xəbərlər

Dünya
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Report.az · 19 oktyabr 2026, 08:47


Dünya
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Report.az · 19 oktyabr 2026, 07:47

Dünya
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Report.az · 19 oktyabr 2026, 07:17