Medvedev Rusiyanın gələcək illərdə əsas məqsədini açıqlayıb
3 oktyabr 2026, 23:15 · Mənbə: News.ru

Dmitri Medvedev Rusiyanın yaxın illərdə əsas hədəfini Qərbə qalib gəlməkdə görür. O, bunun üçün çoxmərkəzli dünya düzəninin formalaşmasının vacibliyini vurğulayıb.
News.ru yazır ki, Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İran İslam Respublikasının Dövlət Televiziyasına müsahibəsində Qərb dünyasına qarşı qələbəni Rusiyanın əsas hədəfi kimi göstərib. O qeyd edib ki, hazırda Rusiya ilə qarşıdurmada olan qüvvələr Qərb dünyası və Şimali Atlantika Alyansıdır (NATO), hansılar ki, Ukraynanı bu münaqişədə ön cəbhə kimi istifadə edirlər.
Medvedev əhəmiyyətli geosiyasi dəyişikliklərdən danışaraq yeni dünya təhlükəsizlik arxitekturasının əsas elementinin təkqütblü dünya düzəninin dağılması olduğunu bildirib. Onun fikrincə, yeni dünya sistemi çoxmərkəzli olmalıdır.
O əlavə edib ki, bəzi dövlətlər Cənubi Qafqaz regionunu parçalamaq üçün orada təlatümlər yaratmağa çalışırlar. Medvedev vurğulayıb ki, Rusiya bu cür fəaliyyəti xüsusi diqqətlə izləyir.
Tam mətn
Oxşar xəbərlər

Dünya
Əthiopiyada Tigray münaqişəsi nəzarətdən çıxmaq təhlükəsi yaradır
France 24 · 6 oktyabr 2026, 18:17

Dünya
Aİ Ukraynanın üzvlüyünə hazırlıq işlərini sürətləndirir
Kyiv İndependent · 6 oktyabr 2026, 18:17

Dünya
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Report.az · 6 oktyabr 2026, 18:17

Dünya
İranda hicab tələbləri sosial təzyiqlərlə həyata keçirilir
Deutsche Welle · 6 oktyabr 2026, 18:18