Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
13 oktyabr 2026, 03:46 · Mənbə: Report.az

Milli Basketbol Assosiasiyasının (NBA) altıqat qalibi Maykl Cordanın "Çikaqo"nun heyətində son mövsümündə çıxış etdiyi forması hərracda rekord məbləğə - 14 milyon dollara satılıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Basketbol Assosiasiyasının (NBA) altıqat qalibi Maykl Cordanın "Çikaqo"nun heyətində son mövsümündə çıxış etdiyi forması hərracda rekord məbləğə - 14 milyon dollara satılıb.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Cordan bu maykada 1998-ci il final seriyasının "Yuta"ya qarşı ikinci matçında (93:88) çıxış edib və həmin görüşdə 37 xal toplayıb. Sonradan komanda seriyada qalib gəlib (4-2). Alıcı amerikalının avtoqrafı olan formaya sahib olub.
14 milyon dollarlıq məbləğ basketbolla bağlı satılan əşyalar üçün rekord olub. Həmçinin forma idman tarixində ikinci ən bahalı forma olub. Rekord amerikalı beysbolçu Beyb Rutun formasına məxsusdur. O, 2024-cü ildə 24,12 milyon dollara alınıb.
Daha əvvəl Maykl Cordana məxsus forma hərracda 12,26 milyon dollara satılmışdı.
Oxşar xəbərlər

Dünya
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Report.az · 19 oktyabr 2026, 08:47


Dünya
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Report.az · 19 oktyabr 2026, 07:47

Dünya
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Report.az · 19 oktyabr 2026, 07:17