Mask: Starlink yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulub
15 oktyabr 2026, 02:47 · Mənbə: Report.az

"SpaceX" şirkətinin rəhbəri İlon Mask Starlink peyk internet sisteminin yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulduğunu, hücum əməliyyatlarında istifadəsinin isə məqbul olmadığını bildirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
"SpaceX" şirkətinin rəhbəri İlon Mask Starlink peyk internet sisteminin yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulduğunu, hücum əməliyyatlarında istifadəsinin isə məqbul olmadığını bildirib.
"Report" xəbər verir ki, Mask bu barədə Ukraynada Starlink terminallarının işinə məhdudiyyət qoyulması ilə bağlı məlumatları şərh edərkən "X" sosial şəbəkəsində yazıb.
O xatırladıb ki, Starlink "SpaceX" tərəfindən idarə olunan kommersiya xidmətidir.
"Starshield sistemləri isə ABŞ hökumətinə məxsusdur və onun nəzarəti altındadır. Bu sistemlərin sürətinin məhdudlaşdırılması və ya istifadə şərtləri ilə bağlı qərarları hərbi rəhbərlik, son nəticədə isə ABŞ prezidenti qəbul edir. Starlink-dən istifadə mülki və ya müdafiə məqsədləri ilə məhdudlaşır. Sistem hücum xarakterli hərbi əməliyyatlarda istifadə edilə bilməz, çünki belə istifadə kommersiya şirkəti üçün uyğun olmazdı", – Mask qeyd edib.
Oktyabrın 14-də səhər saatlarında isə Ukraynanın müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko "Telegram" kanalında "SpaceX" şirkətinin terminalların işləmə sürətini saatda 60–70 kilometrlə məhdudlaşdırdığını iddia edib.
Oxşar xəbərlər


Dünya
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Report.az · 19 oktyabr 2026, 07:47

Dünya
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Report.az · 19 oktyabr 2026, 07:17

Dünya
Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Report.az · 19 oktyabr 2026, 05:47