TəciliRusiya pilotsuz təyyarəsi Nikopol rayonunda mağazaya zərbə vurub, dörd nəfər yaralanıb

TopXəbər

Latviya ərazisində PUA qalıqları aşkarlanıb

24 oktyabr 2026, 18:18 · Mənbə: Report.az

Latviya ərazisində PUA qalıqları aşkarlanıb

Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.

"Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xarici pilotsuz uçuş aparatı tapılıb. Partlayışa bənzər səs barədə məlumat daxil olduqdan sonra Milli Silahlı Qüvvələr Dövlət Polisi ilə əməkdaşlıq çərçivəsində mümkün düşmə yerinin axtarışına başlayıb", - məlumatda qeyd olunub.

Hazırda hadisənin başvermə şəraiti araşdırılır.

Bildirilib ki, insident zamanı mülki şəxslər xəsarət almayıb, həmçinin mülki infrastruktura ziyan dəyməyib.