TopXəbər

Konqoda iki gəmi toqquşub, ölənlər var

5 oktyabr 2026, 01:44 · Mənbə: Report.az

Konqoda iki gəmi toqquşub, ölənlər var

Konqo çayında iki gəmi toqquşub.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Konqo çayında iki gəmi toqquşub.

"Report" xəbər verir ki, bu barədə "Okapi" radiostansiyası məlumat yayıb.

Sərnişinlərlə tam dolu olan gəmilər ötən gecə naməlum şəraitdə toqquşub və Nqombe-Lukolela yaşayış məntəqəsi (Ekvator əyaləti) ərazisində batıb. Şahidlərin sözlərinə görə, toqquşma nəticəsində insanlar həlak olub, lakin onların dəqiq sayı hazırda məlum deyil, təxminən 30 nəfəri xilas etmək mümkün olub. Bəzi sərnişinlər itkin düşmüş hesab olunur.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Ölənlər və xəsarət alanlar barədə rəsmi məlumatlar hələ açıqlanmayıb.

Dünya

Fransada on minlərlə quldur saxlanılıb

News.ru · 19 oktyabr 2026, 02:47