Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
4 oktyabr 2026, 02:44 · Mənbə: Report.az

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırması epidemiyası tamamilə nəzarətə götürülüb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırması epidemiyası tamamilə nəzarətə götürülüb.
"Report" RFI radiostansiyasına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında KDR-in səhiyyə naziri Samuel Roje Kamba bildirib.
"Epidemiyanın piki artıq geridə qalıb. Epidemiya daha bizim nəzarətimizdən çıxmır. Əvvəllər biz yalnız onun inkişafını izləyirdik, indi isə qabaqlayıcı addımlar atırıq", - o qeyd edib.
Nazirin sözlərinə görə, Ebola xəstələrinin aşkarlandığı 63 tibb zonasından 19-da artıq azı üç həftədir ki, qızdırmaya yeni yoluxma halları qeydə alınmır.
KDR Səhiyyə Nazirliyinin son məlumatlarına görə, Eboladan ölənlərin sayı 4 018 nəfərə, xəstələnənlərin sayı isə 8 300 nəfərdir. Ölüm səviyyəsi 48,4 % təşkil edir. Xəstəxanalarda və tibbi təcridxanalarda xəstəlik simptomları olan 842 pasiyent var.
Oxşar xəbərlər


Dünya
Jacqui Lambie One Nation karikaturasını vaginal prolapsla mübarizəsini lağa qoyduğu üçün tənqid edir
The Guardian · 19 oktyabr 2026, 03:17

Dünya
Keniya ilk dəfə Ebola virusunun yayılmasını qeydə alıb
Ukrainskaya Pravda · 19 oktyabr 2026, 03:17