İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
12 oktyabr 2026, 02:16 · Mənbə: Report.az

İraqın Baş naziri Əli əz-Zeydi oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər etməyi, daha sonra isə Küveytə yollanmağı planlaşdırır.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İraqın Baş naziri Əli əz-Zeydi oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər etməyi, daha sonra isə Küveytə yollanmağı planlaşdırır.
"Report" "Shafaq News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanala məlumatlı mənbələr bildirib.
Qeyd olunub ki, İraqın neft naziri Basim Məhəmməd Xudeyr qarşıdakı danışıqların gündəliyini hazırlamaq üçün artıq Səudiyyə Ərəbistanına gəlib.
Əli əz-Zeydinin krallığa səfəri əvvəlcə iyul ayına planlaşdırılsa da, Səudiyyə qüvvələrinin İraq ərazisindəki bir neçə obyektə zərbələr endirməsindən sonra ləğv edilib.
Bağdad və Ər-Riyad səfərlə bağlı hələlik rəsmi açıqlama verməyib.
Oxşar xəbərlər

Dünya
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Report.az · 19 oktyabr 2026, 08:47


Dünya
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Report.az · 19 oktyabr 2026, 07:47

Dünya
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Report.az · 19 oktyabr 2026, 07:17