İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
11 oktyabr 2026, 23:48 · Mənbə: Report.az

İran hakimiyyəti Hörmüz boğazından bort naviqasiya və identifikasiya sistemləri söndürülmüş vəziyyətdə keçməyə cəhd edən bütün gəmiləri düşmən hesab edəcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
İran hakimiyyəti Hörmüz boğazından bort naviqasiya və identifikasiya sistemləri söndürülmüş vəziyyətdə keçməyə cəhd edən bütün gəmiləri düşmən hesab edəcək.
"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin xüsusi bəyanatında bildirilib.
"Hörmüz boğazında naviqasiya və identifikasiya sistemlərini söndürən bütün gəmilər düşmən kimi qiymətləndiriləcək", – bəyanatda qeyd olunub.
İran hərbçiləri belə hallarda həmin gəmilərin "qətiyyətli şəkildə cəzalandırılacağını" da bildiriblər.
Məlumatda iddia olunur ki, oktyabrın 10-dan etibarən İranın Hörmüz boğazından keçidlə bağlı müəyyən etdiyi qaydaları pozan üç tanker dəniz minalarına düşərək partlayıb və yanıb.
Oxşar xəbərlər

Dünya
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Report.az · 19 oktyabr 2026, 08:47


Dünya
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Report.az · 19 oktyabr 2026, 07:47

Dünya
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Report.az · 19 oktyabr 2026, 07:17