TəciliRusiyanın pilotsuz təyyarəsi Dnepropetrovsk vilayətində mənzil binasını vurdu, 3 nəfər öldü, 12 nəfər yaralandı

TopXəbər

İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib

25 oktyabr 2026, 01:47 · Mənbə: Report.az

İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib

FIFA prezidenti Canni İnfantino Bakıda 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Yeniliklərdən dərhal xəbərdar olun!

FIFA prezidenti Canni İnfantino Bakıda 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

"Report"un məlumatına görə, bununla bağlı onun instaqram hesabında paylaşım olunub.

O, turnirin açılış mərasimini fantastik adlandırıb.

"Mən Azərbaycan Prezidenti İlham Əliyevə, Baş nazirin müavini Samir Şərifova, hökumətə, Prezident Rövşən Nəcəfin rəhbərliyi altında AFFA-ya (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - red.), FIFA-dakı həmkarlarıma və bu xüsusi yarışın təşkilində kömək edən hər kəsə təşəkkür edirəm. Biz hər bir gənc istedada şans veririk və altı konfederasiyanın hamısında FIFA-nın 189 üzv ölkəsindən gəncləri birləşdiririk", - paylaşımda deyilir.

Xatırladaq ki, dünən Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.

Açılış matçında Azərbaycan komandası Timor-Lesteni 6:0 hesabı ilə məğlub edib.