TopXəbər

Husilər Suudiyyə Ərəbistanındakı əhəmiyyətli obyektləri atəşə tutub

6 oktyabr 2026, 01:46 · Mənbə: Anadolu Ajansı

Husilər Suudiyyə Ərəbistanındakı əhəmiyyətli obyektləri atəşə tutub

Husilərin sözçüsü Suudiyyə Ərəbistanına üç raket və pilotsuz uçuş aparatları ilə hücumu açıqlayıb. Hücumlarda Kral Xalid Beynəlxalq Hava Limanı da zərər görüb.

Anadolu Ajansı yazır ki, Husilərin hərbi sözçüsü Yahya Seri ABŞ-ın X şirkətinin sosial media hesabında yayımlanan açıqlamasında Suudiyyə Ərəbistanının Yəmənə hücumlarına cavab olaraq üç ayrı atəş əməliyyatı həyata keçirdiklərini bildirib.

Seri ilk hücumda Kral Xalid Beynəlxalq Hava Limanını birbaşa hədəf aldığını və hava nəqliyyatının pozulduğunu söyləyib. İkinci əməliyyatda Rabik şəhərində yerləşən "Aramco" neft emalı zavodunda yanğın baş verdiyini qeyd edib.

Üçüncü hücumda isə Abha Hava Limanı, Hamis Muşayt hərbi bazası, Asir bölgəsində yerləşən Akifə hərbi düşərgəsi və Necranla Cizan şəhərlərində digər strateji məntəqələr atəşə tutulub.

Seri Suudiyyə Ərəbistanı hava sahəsini istifadə edən beynəlxalq hava yollarını uçuşları dayandırmağa çağırıb. Məkkə və Mədinə hava sahələri istisna olmaqla, ölkənin hava sahəsinin əməliyyat zonası olduğunu bildirib və xəbərdarlığa əməl edilməməsinin məsuliyyətini üzərlərinə götürməyəcəklərini vurğulayıb.

Seri həmçinin son 24 saat ərzində Suudiyyə Ərəbistanının paytaxt Sana və Yəmənin digər əyalətlərinə 60-cı hava və raket zərbəsi endirdiyini iddia edib.

O, qeyd edib ki, bu hücumlarda qadın və uşaqlar da daxil olmaqla mülki şəxslər həlak olub və yaralanıb. Seri Suudiyyə Ərəbistanının indiyədək Yəmənə 1576 hava və raket hücumu həyata keçirdiyini də söyləyib.