Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
18 oktyabr 2026, 01:17 · Mənbə: Report.az

Fransanın Limoges şəhərində kütləvi iğtişaşlar zamanı baş verən yanğın nəticəsində meriya binasının zəng qülləsi uçub, binanın dam örtüyünün bir hissəsi zədələnib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın Limoges şəhərində kütləvi iğtişaşlar zamanı baş verən yanğın nəticəsində meriya binasının zəng qülləsi uçub, binanın dam örtüyünün bir hissəsi zədələnib.
"Report" xəbər verir ki, bu barədə France 3 telekanalı məlumat yayıb.
Tarixi binanın qülləsinin uçması ilə bağlı görüntülər mediada dərc olunub. Məlumata görə, radikal düşüncəli etirazçıların bir neçə qrupu meriya binasına daxil olaraq birinci mərtəbədəki otaqları alovlandırdıqdan sonra yanğın başlayıb.
Daha sonra binanın yaxınlığında park edilmiş bir neçə avtomobil də yandırılıb. Sonradan həmin avtomobillərdə partlayışlar baş verib.
Yanğınsöndürənlər təxminən bir saat ərzində alovu lokallaşdırmağa çalışsalar da, yanğın dam örtüyünə yayılıb. Daha bir saat sonra alov zəng qülləsini bürüyüb və nəticədə qüllə uçaraq damın bir hissəsini dağıdıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Limoges şəhərinin meri Giyom Gerən baş verənləri kəskin pisləyib. "Baş verənləri pisləmək üçün söz tapmaq çətindir, çünki bu, son dərəcə alçaq hərəkətdir. Ölkə üçün bu, xaosdur", - o bildirib.
Merin sözlərinə görə, videomüşahidə kameralarının qeydləri iğtişaş iştirakçılarının binaya "öldürmək üçün gəldiklərini" göstərir.
Oxşar xəbərlər

Dünya
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib
Report.az · 19 oktyabr 2026, 20:17

Dünya
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Report.az · 19 oktyabr 2026, 18:47

Dünya
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
Report.az · 19 oktyabr 2026, 18:17

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17